Nərimanovda konteynerlər yanıb

22:37 20.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nərimanovda yanğın hadisəsi qeydə alınıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 40 m2 olan plastikdən ibarət konteynerin yanar konstruksiyaları 36 msahədə və içərisinə yığılan tikinti materialları, bitişik digər 2 ədəd konteynerin üzlüyü 12 m2 sahədə yanıb. Konteynerlərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.